📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artistin bacısının evi qarət olundu

2026-05-07 21:28:13

Əməkdar artistin bacısının evi qarət olundu

Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.

Milli.Az xəbər verir ki, bu barədə Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində bildirib. O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib:

"Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi".