📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elvin Quliyevin meyiti TAPILDI

2026-06-12 18:18:53

Elvin Quliyevin meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.

Hurriyyet.info  xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.