📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyevlə Pezeşkianın görüşü oldu

2026-08-31 20:39:01

Əliyevlə Pezeşkianın görüşü oldu

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Hurriyyet.media  xəbər verir ki, Məsud Pezeşkian dövlətimizin başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.

Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Məsud Pezeşkian iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu deyib.

Dövlət başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, ölkəsi İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

***

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir.