Əlim Nabiyev yenə nokaut etdi
2026-09-13 18:44:09
Azərbaycanlı döyüşçü Əlim Nabiyev MMA-da növbəti qələbəsini qazanıb.
Modern.az xəbər verir ki, Nabiyev Zimbabve təmsilçisi Mayk Daymondu ilk raundda nokautla məğlub edib.
Bu qələbə Nabiyevin MMA-da ardıcıl dördüncü uğuru olub. Onun bu idman növündə rekordu 4-0-dır.
Qeyd edək ki, Əlim Nabiyev kikboksinq üzrə yeddiqat dünya və üçqat Avropa çempionudur.