📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli ət maşınında qalan azyaşlının ailəsi Naxçıvandan Gəncəyə qonaq gəlibmiş - VİDEO

2026-09-04 14:14:40

Əli ət maşınında qalan azyaşlının ailəsi Naxçıvandan Gəncəyə qonaq gəlibmiş - VİDEO

İşıqlar söndü, balaca uşağın əli ət maşınında qaldı...

Hurriyyet.Media  xəbər verir ki, hadisə Gəncə şəhərində, qohum evində qonaq olan naxçıvanlı ailənin başına gəlib. Üç yaşlı körpənin əli Fövqəladə Hallar Nazirliyinin apardığı əməliyyat nəticəsində ət maşınından çıxarılıb: 

Gəncədə ilkin tibbi xidmət göstərilən körpə dərhal Bakıya çatdırılıb.

Atası İmaməli Dünyamalıyevin sözlərinə görə hadisə ehtiyatsızlıqdan baş verib.

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna çatdırılan xəstənin üzərində beş həkimdən ibarət mikrocərrahiyyə komandası - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib. 

Həkimin sözlərinə görə hazırda ümumi vəziyyəti qənaətbəxş olan uşağın psixoloji vəziyyəti də nəzarətdə saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.