Əli Əsədov Özbəkistana səfər edib
2026-06-16 13:21:50
Bu gün Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər edib.
Bu barədə Hurriyyet.info -ya Nazirlər Kabinetindən xəbər verilib.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.