📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

2026-05-12 13:06:17

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Hurriyyet.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüş zamanı tərəflər Azərbaycan ilə BP arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.