📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Eldar Namazov: Regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir

2026-06-24 10:11:40

Eldar Namazov: Regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir

Cənubi Qafqaz regionunun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir.

Hurriyyet.info  xəbər verir ki, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın həm ərazi, həm əhali, həm iqtisadi, həm də hərbi güc və digər elementlər baxımından ən böyük dövlətidir:

"Cənubi Qafqaz elə bir regiondur ki, burada bir çox güclərin marağı var. Belə bir regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir. Onu da mütləq vurğulamaq lazımdır ki, Azərbaycanın potensialı regiondan daha böyükdür. Məsələn, Azərbaycanın Yaxın Şərqdə, Avropada təsiri buna bariz nümunədir".

Eldar Namazov bildirib ki, dövlətlərin gücünü müəyyənləşdirən amillər artıq dəyişib:

"Bu gün biz rəqəmsal dünyada yaşayırıq, hətta hərbi sahədə belə süni intellekt önəmli faktora çevrilməkdədir. Bu onu göstərir ki, dünya çox sürətli dəyişir, bu mənada, hər bir ölkə öz statusunu qorumaq üçün addımlar atmalıdır və Azərbaycan bunu edir".