📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Efiopiyada avtobus dərəyə aşıb, 28 nəfər ölüb

2026-06-15 13:31:44

Efiopiyada avtobus dərəyə aşıb, 28 nəfər ölüb

Efiopiyanın Amhara regionunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 28 nəfər ölüb.

Hurriyyet.info  "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə region polisinin bəyanatında qeyd olunub.

Məlumata görə, hadisə avtobus Dessi şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbəyə hərəkət edərkən baş verib.

"28 nəfər ölüb, bir çoxu yüngül və ağır xəsarətlər alıb", - məlumatda bildirilib.

Yol qəzasının səbəbləri araşdırılır.