📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏDV-dən azad edilən quşçuluq üçün avadanlıqların siyahısı təsdiqlənib

2026-06-16 15:51:21

ƏDV-dən azad edilən quşçuluq üçün avadanlıqların siyahısı təsdiqlənib

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı” təsdiq edilib.

Hurriyyet.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı” da təsdiqlənib.