📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dronla vurulan şirkət Qazaxıstanda anbar axtarışına başladı

2026-07-29 16:38:33

Dronla vurulan şirkət Qazaxıstanda anbar axtarışına başladı

Son zamanlar anbarları Ukrayna tərəfindən dron hücumlarına məruz qalan Rusiyanın tanınmış “Wildberries” şirkəti Qazaxıstanda boş anbar sahələrinin axtarışına başlayıb. 

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb. 

Təxminən 100 min kv. m sahəsi olan anbarların axtarışına çıxan şirkətin məhdud təklifi nəzərə alaraq, Qazaxıstanda mövcud olan bütün boş anbarları icrayə götürməyə hazır olduğu bildirilir. Bununla “Wildberries” öz anbarlarını dron hücumlarından qorumaq niyyətindədir. 

Məlumata görə, son zamanlar artan risk səbəbindən rusiyalı mülkiyyətçilər öz anbarlarını “Wildberries”ə icarəyə verməkdə maraqlı deyillər. 

Qeyd edək ki, iyulun 18-dən etibarən “Wildberries”in anbarları genişmiqyaslı dron hücümlarına məruz qalır. Bu müddət ərzində şirkətin Sankt-Peterburq şəhərində, eləcə də Moskva, Tambov və Voronej vilayətləri, Stavropol və Krasnodar diyarlarındakı loqistika parklarının vurulduğu, nəticədə sahəsi minimum 444 min kv. m olan dörd kompleksin, yəni ümumi logistika sahələrinin həcminin 8%-nin sıradan çıxdığı bildirilir.