📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Diplomunu almaq üçün getmişdi...

2026-07-01 11:53:14

Diplomunu almaq üçün getmişdi...

Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.

Hurriyyet.info  xəbər verir ki, Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi idi.

O, iyunun 30-da keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova getmişdi.

Məlumata görə, Fatimə tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət mantiyasında şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib. Gənc tələbə hadisə yerində həlak olub. Hücum nəticəsində daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fatimə Hüseynovaya Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.