Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı
2026-07-28 16:50:54
Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb.
Hurriyyet.media xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. O, özünü yazıçı-publisist kimi təqdim edib.