"Dərnəgül"dəki taxta bazarında fəhlənin meyiti tapıldı
2026-09-02 15:15:40
Bakıda taxta bazarında meyit tapılıb.
Hurriyyet.media -nın xəbərinə görə, hadisə Nərimanov rayonu, Z.Bünyadov prospekti 507-də yerləşən taxta bazarında qeydə alınıb.
Burada 48 yaşlı Zaur Sahib oğlu Həmidovun meyiti tapılıb. Mərhumun bazarda fəhlə işlədiyi bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.