📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Deputat ABŞ-yə gedir

2026-09-01 13:19:03

Deputat ABŞ-yə gedir

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Hurriyyet.media  xəbər verir ki, səfər çərçivəsində deputat “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu”  (İTİF) tərəfindən  təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.

Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.