Dənizçilərimizin olduğu gəmi dron hücumuna məruz qaldı – 2 azərbaycanlı öldü
Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizində dron hücumuna məruz qalıb. Musavat.com xəbər verir ki, hadisə dünən səhər və axşam saatlarında baş verib.
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin yaydığı məlumata görə, hücumlar nəticəsində iki azərbaycanlı dənizçi həyatını itirib.
Məlumata görə, dünən səhər saatlarında Odessa limanı yaxınlığında “Mert Marine Corporation” şirkətinə məxsus, Somali bayrağı altında üzən “TEDY” (IMO 9059200) yedək gəmisi dron hücumuna məruz qalıb.
Hadisə zamanı gəmidə 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olmaqla, ümumilikdə 10 nəfərdən ibarət heyət olub.
Bildirilir ki, həmin yedək gəmisi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən yenidən iki dron hücumuna məruz qalıb.
Təəssüf ki, ikinci hücumlar zamanı iki azərbaycanlı dənizçi – Əliyev Aslan və Qasımov Asim həyatını itirib.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat yoxdur.