📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Davudoğlu gözlənilməz qərarını açıqladı – Siyasətdən getdi

2026-07-30 12:18:46

Davudoğlu gözlənilməz qərarını açıqladı – Siyasətdən getdi

Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu aktiv partiya siyasətindən çəkildiyini və rəhbərlik etdiyi Gələcək Partiyasının siyasi fəaliyyətinə son verildiyini açıqlayıb.

Hurriyyet.media xəbər verir ki, Davudoğlu bununla bağlı yaydığı yazılı bəyanatda bildirib ki, partiyanın səlahiyyətli orqanları və silahdaşları ilə keçirilən məsləhətləşmələrdən sonra Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq və partiya siyasətindən çəkilmək qərarı verilib.

Davudoğlu bildirib ki, bu addım məğlubiyyət və ya təslimçilik anlamına gəlmir.

O əlavə edib ki, bundan sonra da düşüncə, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, diplomatiya və ictimai həmrəylik sahələrində fəaliyyətini davam etdirəcək, ölkənin gələcəyi naminə işləməyi davam etdirəcək.