📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daşlara can verən sənətkar: Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraşın hekayəsi - FOTOREPORTAJ

2026-06-14 21:32:47

Daşlara can verən sənətkar: Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraşın hekayəsi - FOTOREPORTAJ

Heykəltaraş Teymur Qəribovun sənətə olan marağı hələ uşaqlıq illərindən formalaşıb.

Hurriyyet.info  PhotoStock.az-a istinadən xəbər verir ki, kiçik yaşlarında müxtəlif materiallarla fiqurlar hazırlaması onda yaradıcılıq həvəsini formalaşdırıb və bu sevgi onu heykəltaraşlıq sənətinə yönəldib.

Daşlara can verən sənətkar: Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraşın hekayəsi - FOTOREPORTAJ

1993-cü ildə İncəsənət gimnaziyasında təhsil alıb, daha sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltaraşlıq fakültəsini bitirib.

Ardınca Azərbaycan Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsində magistratura təhsilini tamamlayıb. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Teymur Qəribov bir sıra yerli və beynəlxalq sərgilərdə, eləcə də yaradıcılıq müsabiqələrində uğurla iştirak edib.

Daşlara can verən sənətkar: Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraşın hekayəsi - FOTOREPORTAJ

Onun sənət yolunda xüsusi yer tutan əsərlərdən biri İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin büstüdür. 25 ildir şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkar üçün ətrafında baş verən hadisələr və gördüyü mənzərələr ilham mənbəyidir.

O, əsərlərində daha çox fəlsəfi məzmunu ön plana çıxarır və hər işində tamaşaçıya müəyyən bir fikir, mesaj ötürməyə çalışır. 2022-ci ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərərək öz təcrübəsini gənc sənətkarlara ötürür.