📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Video

2026-09-06 19:32:23

“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Video

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Joao Feliks “Əl-İttihad”a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilməz bəyanatla çıxış edib.

Hurriyyet.media  xəbər verir ki, Ange Postekoqlunun rəhbərlik etdiyi “Əl-Nəsr” mövsümdə ilk məğlubiyyətini alıb.

Matçdan sonra jurnalistlərin müsahibə təklifini rədd edən portuqaliyalı ulduz mətbuat zonasından keçərkən qalmaqallı ifadələr işlədib:

“Mən bu barədə danışmayacağam. Çünki, əgər danışsam, bu liqanın bütün kirli üzünü, ifşasını ortaya qoyacağam”.

Qeyd edək ki, 5 turdan sonra 12 xalı olan son çempion “Əl-Nəsr” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Siyahıya 15 xalla “Əl-Hilal” başçılıq edir. Bu mövsüm keçirdiyi 6 oyunda 4 qol vurub 3 məhsuldar ötürmə edən Feliksin klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. “Transfermarkt” portalına görə onun transfer dəyəri 28 milyon avrodur.