Cüdo millimiz 3 medal QAZANDI
2026-05-03 20:21:06
Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini 3 bürünc medalla başa vurub.
Modern.az xəbər verir ki, yarışıb son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşaqni Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Bununla da yığma turniri 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.