📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Çöldəki yağış 3-cü mərtəbədən 1-ə damır” - Video

2026-09-02 14:05:30

“Çöldəki yağış 3-cü mərtəbədən 1-ə damır” - Video

Sabunçu rayon Sabunçu qəsəbəsi Əsildar Məmmədəliyev 2 ünvanında 3 mərtəbəli bina qəzalı vəziyyətdədir.

Hurriyyet.media  xəbər verir ki, bununla bağlı sakinlər “Xəzər xəbər”ə müraciət ünvanlayıb.

Onların sözlərinə görə, 120 yaşlı tikilidə 20-yə yaxın mənzil yerləşir.

Binanın yararsız olması ilə bağlı Fövqəladə Hallar Nazirliynin rəyi də var.

Bildirilib ki, çöldə yağan yağış 3-cü mərtəbədən 2-yə, oradan da 1-ci mərtəbəyə damır, bina yararsız vəziyyətdir.

Onlar 27-28 ildir sakini olduqları binanın son 5-6 ildə bu vəziyyətə düşdüyünü qeyd ediblər.

Vətəndaşların sözlərinə görə, mənzildə yerimək belə təhlükəlidir, ayaq basanda döşəmənin hər an uçacağından qorxurlar.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin bina 69 saylı Mənzil-Kommunal İstismar Sahəsinin tabeliyindədir.

Sözügedən qurumdan isə həmin binanın uzun müddət istismar olunduğundan yaşayış üçün yararsız vəziyyətə düşdüyü qeyd edilib: “Binanın qəzalı vəziyyətdə olması haqqında FHN tərəfindən 2024-cü ildə akt tərtib olunub. Sözügedən bina ilə bağlı aidiyyəti qurumların qəbul edəcəyi qərar icra olunacaq”.

Ətraflı videomaterialda: