📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çində "Noul" tayfunu: 715 min nəfər təxliyə edildi

2026-07-26 13:06:46

Çində

Bazar günü səhər saatlarına qədər ölkəni vuran "Noul" tayfunu səbəbindən Çinin Quandun əyalətinin 715 mindən çox sakini təxliyə edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət hakimiyyəti məlumat yayıb.

"Tayfunun yaxınlaşması ilə əlaqədar Quandunun müxtəlif rayonlarının hakimiyyət orqanları və idarələri yüksək hazırlıq rejiminə keçib və təbii fəlakətin fəsadlarından qorunmaq üçün birgə tədbirlər görürlər", - məlumatda bildirilib.

Daha əvvəl bildirilmişdi ki, yaxınlaşan "Noul" tayfunu səbəbindən Çinin cənubundakı Quandun əyalətində 340 mindən çox sakin təxliyə edilib.