📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin Rusiyanın atom bombasına əl atmasına icazə verməyəcək - Stubb

2026-08-30 15:23:14

Çin Rusiyanın atom bombasına əl atmasına icazə verməyəcək - Stubb

Çin Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinə icazə verməyəcək.
Hurriyyet.media  xəbər verir ki, bunu Bild nəşrinə müsahibəsində Finlandiya prezidenti Aleksandr Stubb deyib.

Finlandiya prezidentinin sözlərinə görə, o, yüksək vəzifəli Çin rəsmisi ilə danışıb və o, Pekinin Rusiyanın nüvə hücumuna icazə verməyəcəyinə zəmanət verib: "Bu yay Çin xarici işlər naziri yanıma gəldi və mən bu məsələni qaldırdım. O dedi ki, 'Biz buna heç vaxt icazə verməyəcəyik'. Və mən inanıram ki, bu, kifayət qədər təsirli bir maneədir".

O, həmçinin vurğulayıb ki, Moskva Avropanın onun təhdidindən qorxmasını və bu barədə müzakirə aparmasını istəyir: "Rusiya istəyir ki, biz avropalılar burada oturub müzakirə edək: Rusiya eskalasiyanı artıracaqmı? Rusiya nüvə silahından istifadə edəcəkmi? Rusiya NATO və Avropaya hücum edəcəkmi?".
Stabb həmçinin əlavə edib ki, əslində Rusiya müharibəni yalnız bir yolla gərginləşdirə bilər: "İndilik ki, Rusiyanın eskalasiya variantları olduqca məhduddur. Hazrıda yeganə yol səfərbərlikdir. Və mənim fikrimcə, səfərbərlik Rusiya üçün daxili siyasi nəticələrə səbəb olardı".