Çin İrana raket göndərib? - Şok açıqlama
2026-07-30 17:28:07
Çin Xarici İşlər Nazirliyi ölkənin İrana raket buraxılış qurğuları tədarük etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Hurriyyet.media xəbər verir ki, "The Global Times" nəşrinin məlumatına görə, XİN-in mətbuat katibi Mao Nin qeyd edib ki, bu cür iddialar reallığı əks etdirmir.
Mao Nin Çin hakimiyyətinin İran məsələsindəki mövqeyini dəfələrlə ifadə etdiyini xatırladaraq vurğulayıb:
"Çin sülhün təşviq edilməsində və münaqişələrin deeskalasiyasında həmişə konstruktiv rol oynayıb."
Xatırladaq ki, bundan əvvəl qərb KİV-ləri mənbələrə istinadən İrana yaxın həftələrdə Çin istehsalı olan yüzə yaxın, o cümlədən 400-ə qədər raket buraxılış qurğusunun ilk partisinin təslim oluna biləcəyi barədə məlumatlar yaymışdı.