📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin İrana qarşı iqtisadi təzyiq məsələsində ABŞ-la əməkdaşlıq edir - Vensdən gözlənilməz açıqlama

2026-09-04 15:09:19

Çin İrana qarşı iqtisadi təzyiq məsələsində ABŞ-la əməkdaşlıq edir - Vensdən gözlənilməz açıqlama

Çin hakimiyyəti Vaşinqtonun Tehrana qarşı elan etdiyi "iqtisadi müharibə" ilə bağlı ABŞ-ın bir neçə sorğusuna cavab verib.

Hurriyyet.media  xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D. Vens bAğ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib. Ondan ABŞ prezidenti Donald Trampın Çin banklarının İrana maliyyə xidmətləri göstərməməsi üçün Çin rəhbəri Si Cinpinə birbaşa müraciət edib-etmədiyi soruşulub: "Çinlə bir sıra müzakirələr apardıq və açığı, inanıram ki, Çin bəzi sorğularımıza cavab verib. Prezidentin Si Cinpinlə birbaşa danışıb-danışmadığını bilmirəm, amma sonradan öyrənib sizə xəbər verəcəyik".

İranın təcrid olunmasından danışan Vens qeyd edib ki, onun fikrincə, Çin bu məsələdə əməkdaşlıq etməyə hazırdır və bunu hamı bilir: "Mən demirəm ki, onlar (Çin – red.) xahiş etdiyimiz hər şeyi edirlər, amma inanıram ki, Çin, əlbəttə ki, İrandan daha məsuliyyətli və bir sıra digər ölkələrdən daha məsuliyyətli davranır. Amma bu, yalnız Çinlə bağlı deyil. Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Körfəz Ərəb koalisiyasının bir çox ölkəsinə, dünyaya baxsanız, Çin kimi bir çox ölkənin olduğunu görərik. Bəzən onlar bu barədə açıq danışmağa hazır deyillər, amma pərdəarxası İranın ticarət gəmilərini vurduğuna görə cəzalandırılmasını təmin etmək üçün çox yaxşı işlər görürlər".