📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çilidə qocalar evində yanğın, 16 ölü

2026-09-12 15:48:39

Çilidə qocalar evində yanğın, 16 ölü

Çilinin Araukaniya vilayətində qocalar evində yanğın baş verib.

Hurriyyet.media  “La Tercera” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər həlak olub. 

Hadisə baş verən binadan 10 nəfər təxliyə edilib.

Yanğının səbəbi hələ məlum deyil, araşdırma aparılır.