📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ChatGPT-də nasazlıq yaranıb

2026-09-03 22:21:37

ChatGPT-də nasazlıq yaranıb

Bir sıra ölkələrdə istifadəçilər OpenAI şirkətinin hazırladığı ChatGPT çat-botunun fəaliyyətində problemlərin yarandığını bildiriblər.

Modern.az xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, ABŞ-də təxminən 35 min istifadəçi nasazlıq barədə məlumat verib. Şikayət edənlərin 80 faizi saytın fəaliyyətində fasilələrlə üzləşdiyini, 7 faizi isə mobil tətbiqdə problemlərin olduğunu bildirib.

“Downdetector” ChatGPT-nin fəaliyyətində nasazlıqların digər ölkələrdə də qeydə alındığını bildirir. Böyük Britaniyada təxminən 12 min, Fransada isə 5 min istifadəçi problemlə bağlı müraciət edib.