📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək

2026-06-24 18:47:02

Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək

24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.