📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çetin Tekindor xəstəxanaya yerləşdirilib - Serialdakı rolu ona verildi

2026-09-12 10:16:20

Çetin Tekindor xəstəxanaya yerləşdirilib - Serialdakı rolu ona verildi

Tanınmış türk kino və teatr aktyoru Çetin Tekindorla bağlı pərəstişkarlarını üzən bir xəbər yayılıb.

Hurriyyet.media Türkiyə KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı aktyor bir müddətdir xəstəxanada müalicə alır.

Məlumata görə, aktyor səhhəti səbəbindən “Çirkin” serialının çəkilişlərində iştirak edə bilməyib. Tekindorun yoxluğunda Ökkeş Karataş obrazını canlandırmaq üçün təcrübəli aktyor Tamer Leventlə müqavilə bağlanıb.