📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

2026-04-30 20:42:03

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

PSJ futbol klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Oxu.Az xəbər verir ki, səsvermə ilk yarımfinal oyunları başa çatdıqdan sonra UEFA-nın rəsmi saytında keçirilib.

Dembele "Bavariya" ilə matçda (5:4) oyunda qol vurub, penaltini dəqiq yerinə yetirib və məhsuldar ötürmə edib.

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına, həmçinin "Atletiko Madrid"in forvardı Antuan Qrizman da iddialı idi.

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi