📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çempionlar Liqası: "Sabah" növbəti mərhələdədir

2026-07-28 21:09:08

Çempionlar Liqası:

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və "Sabah" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

Modern.az xəbər verir ki, Kupio Mərkəzi Stadionunda təşkil olunan qarşılaşma Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Coy Lens Mikels vurublar.

İlk görüşdə də Bakı klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Adını III raunda yazdıran "Sabah" ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.