📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cəlilabadda "Sağlam məhəllə" idman zonasının açılışı olub

2026-06-24 15:13:19

Cəlilabadda

Cəlilabadda "Sağlam məhəllə" idman zonasının açılış mərasimi keçirilib.

Hurriyyet.info  xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, rayon rəsmiləri və idmançılar iştirak ediblər.

Qeyd olunub ki, məhəllə "Şəhərsalma və Memarlıq İli" münasibətilə "Sağlam həyat" layihəsi çərçivəsində yaradılıb.

İdman zonasının yaradılmasının məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kütləvi idmanın inkişafına dəstək verməkdir.