📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bugünkü hadisə kimi təqdim edilən qəza 2 ay əvvəl baş verib” - “Xaliq Faiqoğlu”

2026-09-15 14:16:26

“Bugünkü hadisə kimi təqdim edilən qəza 2 ay əvvəl baş verib” - “Xaliq Faiqoğlu”

Bu gün bəzi sosial şəbəkə səhifələrində “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun bardürə çıxmasına dair görüntülər yayılıb.

Hurriyyet.media  xəbər verir ki, görüntülərlə birgə paylaşılan məlumatda avtobusun tıxacdan yayınmaq üçün manevr etdiyi iddia edilib.

“Xaliq Faiqoğlu” şirkətindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil və görüntülər 2 ay əvvələ aiddir.

“Qeyd edilən hadisə bir neçə ay əvvəl olub, həmin vaxt yolun sürüşkən olması nəticəsində avtobus bardürə toxunaraq idarəetmədən çıxıb. Hadisənin tıxacla və ya yeni dərs ili ilə hər hansı əlaqəsi yoxdur”, - məlumatda vurğulanıb.