📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə!

2026-09-08 11:39:34

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə!

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.