📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ

2026-05-15 19:19:37

Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ

Bu gün saat 16 radələrində Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

Hurriyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğuya cavab olaraq bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb ediliblər:

"Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək".