Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq
2026-09-03 18:51:37
Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Hurriyyet.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Qeyd edək ki, Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi” 23-26 sentyabr tarixlərində keçiriləcək.