📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

2026-06-19 14:02:06

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb olunması inzibati məsuliyyət yaradır və qanunvericilikdə bununla bağlı yüksək məbləğdə cərimələr nəzərdə tutulub.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Xidmət xatırladıb ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək cərimə edilirlər.