📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məkanlar BŞİH-dən alındı

2026-06-10 22:02:31

Bu məkanlar BŞİH-dən alındı

“Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.