📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu il də “Qızıl top”a namizəddir

2026-09-08 21:32:41

Bu il də “Qızıl top”a namizəddir

ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatına namizəd göstərilib.

Hurriyyet.media xəbər verir ki, hücumçu bu mükafatı karyerasında doqquzuncu dəfə qazana bilər.

Messi hazırda səkkiz belə mükafata sahibdir ki, bu da digər bütün futbolçulardan daha çoxdur.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatında Messi səkkiz qol vuraraq, on qol müəllifi olan Kilian Mbappedən sonra ikinci yeri tutub.