📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu əlamətlər sizdə varsa həkimə gedin - TƏBİB

2026-09-15 22:50:37

Bu əlamətlər sizdə varsa həkimə gedin - TƏBİB

Limfoma zamanı boyun, qoltuqaltı və qasıq nahiyəsində ağrısız şişkinlik, səbəbsiz çəki itkisi və gecə tərləmələri müşahidə oluna bilər.

Bu barədə TƏBİB sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, limfoma orqanizmin müdafiəsində mühüm rol oynayan limfa sistemində yaranan bədxassəli xəstəlikdir. 

Xəstəliyin mümkün əlamətləri sırasında davamlı hərarət və halsızlıq da yer alır. Lakin bu simptomların hər zaman limfoma anlamına gəlmədiyi vurğulanıb.

TƏBİB şikayətlər davamlı olduğu halda həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib.