Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi və təyinatlar olub.
Hurriyyet.media xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Belə ki, Sosial Xidmətlər Agentliyinin (SXA) strukturunda Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamenti, Strateji planlaşdırma, təhlil və beynəlxalq əlaqələr departamenti, Satınalma və təminat departamenti və Hüquq departamenti yaradılıb.
Elman Həmzə oğlu Məmmədov Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdir müavini vəzifəsinə təyin edilib. O, daha əvvəl "Mərdəkan Reabilitasiya Pansionatı" Publik Hüquqi Şəxsin direktoru olub.
Hacıağa Cavid oğlu Haşımov Strateji planlaşdırma, təhlil və beynəlxalq əlaqələr departamentinin müdir müavini vəzifəsinə təyinat alıb. Xatırladaq ki, H.Haşımov bu təyinatadək Sosial Xidmətlər Agentliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.
Satınalma və təminat departamentinin müdiri təyin edilən Şahmar Füzuli oğlu Kərimov isə daha əvvəl Təminat və təchizat departamentinin müdiri olub.
Şamilova Oksana Nofalovna Hüquq departamentinin müdiri təyin olunub. O, daha əvvəl agentlikdə eyniadlı şöbənin müdiri vəzifəsində çalışırdı.(Unikal.az)