📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bölgələrdə “Himayədar ailə” mövzusunda görüşlər keçirildi - Fotolar

2026-09-09 20:11:44

Bölgələrdə “Himayədar ailə” mövzusunda görüşlər keçirildi - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” institutunun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər keçirilib.

Hurriyyet.media xəbər verir ki, Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada təşkil edilən görüşlərdə 300-dən çox vətəndaş iştirak edib.

Görüşlər zamanı “Himayədar ailə” qayğı modelinin üstünlüklərindən bəhs edilib. Qeyd edilib ki, bu model valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsinə yönəlmiş alternativ qayğı növüdür.

Eyni zamanda himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.