📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blokada bombardmandan daha təsirli oldu - Tramp

2026-06-23 11:11:17

Blokada bombardmandan daha təsirli oldu - Tramp

ABŞ ordusunun İranın dəniz limanlarını blokadası bombardmandan daha təsirli olduğunu sübut edib.

Hurriyyet.info  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Vaşinqton lazım gələrsə, tez bir zamanda bu taktikaya qayıdacaq: "Bilmək istəyirsinizsə, blokadanın bombardmandan daha təsirli olduğuna inanıram. Və deyərdim ki, 15 dəqiqədən sonra bunu yenidən etməyə hazırıq", - deyə Tramp qeyd edib.

Daha sonra o, Ağ Evdə olan ABŞ müdafiə naziri Pit Heqsetdən blokadanın həqiqətən tez bir zamanda bərpa oluna biləcəyini soruşub. "Onlar (ABŞ ordusu) lazım gələrsə, indi hərəkətə keçməyə hazırdırlar", - deyə Pentaqon rəhbəri cavab verdi.