📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

2026-07-27 20:00:57

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

“Blok3” adı ilə tanınan türkiyəli müğənni Hakan Aydına sui-qəsd edilib.

Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan yeddi nəfərin telefonları araşdırılarkən müğənniyə hücum hazırladıqları ortaya çıxıb.

Məlumata görə, araşdırma zamanı şübhəlilərin telefonlarında “Blok” adlı qrup yaratdıqları və Hakan Aydının qaldığı hotellər, maşınlar və digər məlumatları paylaşdıqları məlum olub.

Onlar ittihamları rədd etsələr də, məhkəmə qarşısına çıxarıldıqdan sonra həbs ediliblər.