📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Video

2026-09-01 10:18:24

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Video

Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti keçirilir.

Hurriyyet.media  xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib.

Onlardan 434-ü xarici jurnalistdir və ümumilikdə 115 media qurumunu təmsil edir.

Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər. Azərbaycan mediasının nümayəndələri də sammiti yerindən izləyərək keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.