📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəzi ərazilərə yağış yağıb

2026-08-01 14:35:33

Bəzi ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya XidmətindənHurriyyet.media -ya  verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.

İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.