📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı

2026-07-31 21:12:04

Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.Media xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.

Qəza zamanı onun oğlu, 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, həmçinin 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.