Berluskoninin 20 illik rekordunu yenilədi
2026-09-03 20:28:51
Corcia Meloninin başçılıq etdiyi hökumət İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra hakimiyyətdə qalma müddətinə görə yeni rekord müəyyən edib.
Hurriyyet.media “Associated Press”ə istinadən xəbər verir ki, Meloni 2022-ci ilin sentyabrından etibarən fasiləsiz olaraq 1413 gündür hökumətə rəhbərlik edir.
Bununla o, 2001-2005-ci illərdə hökumətə 1412 gün fasiləsiz rəhbərlik etmiş Silvio Berluskoninin rekordunu təzələyib.
Məlumata görə, Meloni və onun ifrat sağçı “İtaliyanın Qardaşları” partiyası bu nailiyyəti Bari şəhərində mitinqlə qeyd etməyi planlaşdırır.
Qeyd edək ki, İtaliyada növbəti parlament seçkiləri 2027-ci ilin dekabrından gec olmayaraq keçirilməlidir.