📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Berlin və Vaşinqton arasında DİPLOMATİK SKANDAL: Merts Trampla danışığı TƏXİRƏ SALDI

2026-09-09 21:22:39

Berlin və Vaşinqton arasında DİPLOMATİK SKANDAL: Merts Trampla danışığı TƏXİRƏ SALDI

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi məlumat yayıb.

Təxirəsalınmanın rəsmi səbəbi açıqlanmasa da, liderlər arasında yeni danışıq tarixinin hələ təyin olunmadığı bildirilib.

Bu addım Donald Trampın "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhaltda keçirilən seçkilərdəki uğurunu tərifləməsindən və Berlinin miqrasiya siyasətini kəskin tənqid etməsindən dərhal sonra atılıb.