Bərdədə “Mercedes” qadını vurub öldürdü
2026-09-10 11:11:45
Bərdədə ağır yol qəzası baş verib.
Hurriyyet.media xəbər verir ki, sentyabrın 9-u İ.Zeynalov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Məmmədova Sücayət Muxtar qızını ehtiyatsızlıqdan vurub.
Qadın Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.